Azərbaycan, Bakı, 11 avqust /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunları keçirilir.
Trend-in məlumatına görə, "İnter" Qəbələdə eyniadlı komandanın qonağı olub.
Matçda ilk qol 20-ci dəqiqədə qonaqlardan gəlsə də (S.Georgiyevski), Yuri Syominin yetirmələri - "Qəbələ" futbolçuları oyunun gedişini dəyişərək bakılıları 3 dəfə məyus ediblər: Leonardo da Silva, 54 (1:1), V.Levin 70 (2:1), İ.Niasse, 83 (3:1)
90-cı dəqiqədə V.Cavadov təsəlli qolu vurub - 3:2. Oyun elə bu hesabla da başa çatıb.
Xatırladaq ki, ilk turda "Qəbələ" "Bakı"nı 2:1 hesabı ilə məğlub etmişdi.
Bu gün daha iki oyun keçiriləcək. "Xəzər Lənkəran" "Simurq"la, "Qarabağ" isə "Sumqayıt"la qarşılaşacaq.
Qeyd edək ki, Premyer Liqada III turun oyunları 17-19 avqust tarixlərində keçiriləcək.