...

"Təyyarəçi"lər liderliyi ələ keçirdi, "Qarabağ" isə hələ də "Ayntraxt" şokundan ayılmayıb

İdman Materials 1 Sentyabr 2013 22:08 (UTC +04:00)
Bu gün Premyer Liqada V tura yekun vurulub. Trend-in məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.
"Təyyarəçi"lər liderliyi ələ keçirdi, "Qarabağ" isə hələ də "Ayntraxt" şokundan ayılmayıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bu gün Premyer Liqada V tura yekun vurulub. Trend-in məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Premyer Liqanın lideri "Qarabağ" klubu doğma meydanda AZAL-ı qəbul edib.

Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər də möhkəmlədəcəkdi. Lakin son vaxtlar oyunçu kasadlığına baxmayaraq, Vaqif Sadıqovun rəhbərliyi altında baxımlı oyun nümayiş etdirən AZAL bu dəfə də uğurunu davam etdirib. "Təyyarəçi"lər 1:0 hesabı ilə "Qarabağ"ı məğlub edərək liderliyi ələ keçirib.

Mövsümə uğursuz start verən Bakının "İnter" klubu isə "Şəfa" stadionunda "Simurq"u sınağa çəkib. "Bankirlər" bu oyunun əsas favoriti hesab olunsa da, Zaqatala təmsilçisinin də Bakıya xal üçün gəldiyini sübut edib. Görüş 2:1 hesabı ilə "Simurq"un xeyrinə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti