...

“Mançester Yunayted” Fellayninin keçidinə görə 27,5 milyon funt sterlinq xərcləyib

İdman Materials 3 Sentyabr 2013 10:32 (UTC +04:00)
İngiltərənin “Mançester Yunayed” klubu “Everton” klubunun yarımmüdafiəçisi Maruan Fellayninin transferinə görə 27,5 milyon funt sterlinq ödəyib.
“Mançester Yunayted” Fellayninin keçidinə görə 27,5 milyon funt sterlinq xərcləyib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Mançester Yunayed" klubu "Everton" klubunun yarımmüdafiəçisi Maruan Fellayninin transferinə görə 27,5 milyon funt sterlinq ödəyib. Bu barədə Trend Rusiya KİV-nə istinadən xəbər verir.

Belçika millisinin 25 yaşlı futboçusu Fellayninin "Mançester Yunayted"lə olan şəxsi müqaviləsinin detalları açıqlanmır.

Xatırladaq ki, "Mançester Yunayted"in yeni baş məşqçisi Devid Moyes hələ transfer mövsümünün əvvəlindən bu oyunçunu klubun heyətində görmək istəyirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti