...

Azərbaycanı İslam Oyunlarında 9 atlet təmsil edəcək

İdman Materials 19 Sentyabr 2013 04:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 22-dən oktyabrın 1-dək İndoneziyada keçiriləcək İslam Oyunlarında Azərbaycanın ağır atletləri də çıxış edəcəklər.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən milli komandamızın heyətini təqdim edir:

Kişilər: Zülfüqar Süleymanov (62 kq çəki dərəcəsi), Sərdar Həsənov (69 kq), Əfqan Bayramov (77 kq), Namiq Cəmilov (85 kq), Rövşən Fətullayev və İntiqam Zairov (hər ikisi 94 kq).

Qadınlar: Silviya Angelova (48 kq), Gülçin Əlizadə (53 kq), Ləman Əhmədova (58 kq).

Ağır atletlərimiz məşqçilərdən Xannar Nəbiyev və Slaveyka Rujinskayanın rəhbərliyi altında çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti