...

"Beşiktaş" - "Qalatasaray" matçını pozan daha 100 azarkeş saxlanılıb

İdman Materials 27 Sentyabr 2013 15:20 (UTC +04:00)
Türkiyə təhlükəsizlik qüvvələri ötən həftə "Beşiktaş" - "Qalatasaray" oyununun yarımçıq dayandırılmasına səbəb olmuş futbol xuliqanlarının saxlanılması üzrə irimiqyaslı əməliyyat keçirib.
"Beşiktaş" - "Qalatasaray" matçını pozan daha 100 azarkeş saxlanılıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə təhlükəsizlik qüvvələri ötən həftə "Beşiktaş" - "Qalatasaray" oyununun yarımçıq dayandırılmasına səbəb olmuş futbol xuliqanlarının saxlanılması üzrə irimiqyaslı əməliyyat keçirib.

Trend-in "TRT Haber" teleakanalına istinadən verdiyi məlumata görə, İstanbul polisi bir neçə ünvan üzrə əməliyyat keçirib, nəticədə təqribən 100 nəfər saxlanılıb.

Xatırladaq ki, sentyabrın 22-də Türkiyə çempionatının V turu çərçivəsində keçirilən "Beşiktaş" - "Qalatasaray" matçının uzatma dəqiqələrində qarşıdurma baş vermişdi. "Qalatasaray"ın 2-1 hesabı ilə üstün olduğu oyunun 90+2-ci dəqiqəsində Felipe Melonun qırmızı kart alması tribunalardakı azarkeşləri hərəkətə gətirmişdi. Müdafiə kartonu arxasındakı bir qrup "qara-ağlar" meydançaya daxil olmuş, əllərindəki oturacaqları mühafizə dəstələrinə atmışdılar.

Oyunun yarımçıq saxlanmasına səbəb olan 69 azarkeş sentyabrın 23-də İstanbul polisi tərəfindən saxlanılıb. Həmin azarkeşlər bundan sonra il ərzində Türkiyədəki futbol oyunlarında iştirak edə bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti