Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
AFFA İntizam Komitəsinin qərarı ilə U-17 Liqanın "İnter" - "Qəbələ" matçının 40+1-ci dəqiqəsində "İnter" klubunun 15 №-li futbolçusu Nəriman Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb.
Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, oyunun 40+2-ci dəqiqəsində "İnter" klubunun 5 №-li futbolçusu Kənan Həsənovun hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
"Qəbələ" klubunun 9 №-li futbolçusu Coşqun Süleymanovun sənədlərinin saxta olması (yaşının azaldılması) aşkar edilib. Bu səbəbdən də "Qəbələ" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, komandanın baş məşqçisi Famil Xəlilova xəbərdarlıq edilib (belə halların yenidən baş vərəcəyi təqdirdə ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək) və klub 1000 manat cərimə olunub.