...

Millimizlə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb

İdman Materials 7 Oktyabr 2013 18:21 (UTC +04:00)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb:
Millimizlə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb:

Trend-in məlumatına görə, millimizin rəqibi Bakıya aşağıdakı heyətlə gələcək:

Qapıçılar: İqor Akinfeyev (SSKA), Yuri Lodıqin ("Zenit"), Sergey Rıjikov ("Rubin");

Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı - SSKA), Vladimir Qranat, Yuri Jirkov (hər ikisi - "Dinamo" M.), Aleksey Kozlov ("Kuban"), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi - "Spartak" M), İqor Smolnikov ("Zenit");

Yarımmüdafiəçilər: İqor Denisov ("Dinamo" M.), Denis Qluşakov ("Spartak" M.), Pavel Mamayev ("Krasnodar"), Aleksandr Ryazantsev ("Rubin"), Viktor Fayzulin, Oleq Şatov, Roman Şirokov (hamısı - "Zenit");

Hücumçular: Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi - "Zenit"), Aleksandr Səmədov ("Lokomotiv" M.), Aleksandr Kokorin, Fyodor Smolov (hər ikisi - "Dinamo" M).

Qeyd edək ki, görüş saat 22:00-da, "Bakcell Arena"da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti