...

Bədii gimnastika üzrə XX Bakı çempionatının ikinci günü qaliblər müəyyənləşib (FOTO)

İdman Materials 11 Oktyabr 2013 20:32 (UTC +04:00)
Oktyabrın 11-də Azərbaycan paytaxtında bədii gimnastika üzrə XX Bakı çempionatında ikinci yarış günü keçirilib.
Bədii gimnastika üzrə XX Bakı çempionatının ikinci günü qaliblər müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Oktyabrın 11-də Azərbaycan paytaxtında bədii gimnastika üzrə XX Bakı çempionatında ikinci yarış günü keçirilib.

Trend-in məlumatına görə, ikinci yarış gününün yekunu olaraq, yuxarı yaş kateqoriyasında Mariya Durunda (milli komanda) birinci, Lalə Yusifova (milli komanda) ikinci, Yekaterina Prokopenko (Respublika Kompleks İdman Məktəbi) isə üçüncü olub.

Yuniorlar arasında isə Jalə Piriyeva (milli komanda) birinci, Ayşən Bayramova (milli komanda) ikinci, Simarə Cəfərova (Bakı Gimnastika Məktəbi) isə üçüncü yerə layiq görülüblər.

2001-2002-ci il təvəllüdlü idmançılar arasında İlahə Məmmədova (Bakı Gimnastika Məktəbi) qələbə qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Leyla İbrahimova ("Spartak") və Natalya Quliyeva (Respublika Kompleks İdman Məktəbi) tutublar.

Yarışlarda senior və yuniorların 6 yaş qrupunda olan, habelə 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü 89 gimnast iştirak edir.

İdmançılar yalnız çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti