...

Sami Hedira: “Real”da komanda oyunu yoxdur

İdman Materials 15 Oktyabr 2013 11:05 (UTC +04:00)
İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Sami Hedira komandanın mövsümün əvvəlindəki oyunları barədə tənqidi fikirlər səsləndirib.
Sami Hedira: “Real”da komanda oyunu yoxdur

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E. Tanrıverdiyev/

İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Sami Hedira komandanın mövsümün əvvəlindəki oyunları barədə tənqidi fikirlər səsləndirib. Trend-in məlumatına görə, bu barədə İspaniyanın "Marca" qəzeti xəbər yayıb.

Hedira bildirib ki, indi biz elə də yaxşı oynamırıq. Bəzi anlarda biz yaxşı oyun nümayiş etdiririk, lakin ümumilikdə hər kəs yalnız özü üçün oynayır.

Hedira bildirib: "Bilmirəm, bu müvəqqətidir yoxsa yox, lakin hələ ki bizdə komanda oyunu yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti