...

"Neftçi" bədii gimnastika üzrə klublararası dünya çempionatında beşinci olub

İdman Materials 28 Oktyabr 2013 16:13 (UTC +04:00)
Azərbaycanın yeniyetmə gimnastı Jalə Piriyeva yaşca böyük olan komanda yoldaşları Lalə Yusifova və Marina Durunda ilə birlikdə Yaponiyada başa çatmış klublararası dünya çempionatında "Neftçi" kollektivinin triosunu təşkil edib.
"Neftçi" bədii gimnastika üzrə klublararası dünya çempionatında beşinci olub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycanın yeniyetmə gimnastı Jalə Piriyeva yaşca böyük olan komanda yoldaşları Lalə Yusifova və Marina Durunda ilə birlikdə Yaponiyada başa çatmış klublararası dünya çempionatında "Neftçi" kollektivinin triosunu təşkil edib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, o, medal qazanmasa da, komandanın yekunda beşinci yeri tutmasında xidməti böyük olub. J.Piriyevanın özü isə "Tokyo Gymnasium Metropolitain" arenasına toplaşan azarkeşlərin alqış sədaları altında finala çıxaraq yuniorların turnirində dördüncü yeri tutub.

Komandanın liderlərindən olan M.Durunda çıxışını altıncı, L.Yusifova isə səkkizinci yerdə başa çatdırıb. Hər üç turnirdə isə qələbəni "Qazprom" komandasından olan rusiyalı gimnastlar qazanıblar.

Dünyanın 19 klubu Yaponiyada ən güclünü müəyyənləşdirdiyi bir vaxtda Pireney yarımadasında, Lissabonun mərkəzindən 20 dəqiqəlik məsafədə yerləşən Odivelaşda yeniyetmə gənc akrobatlar arasında qitə çempionatı keçirilirdi.

Aynur Hüseynova-Nərmin Ramazanova cütlüyü bütün proqramların finallarında sinxron olaraq beşinci yeri tutub. Cütlüyü bürünc medaldan 0,5-dən bir az çox bal ayırıb.

Avropa çempionatının ikinci iştirakçısı - Elçin Əlibəyov-Emin Gülməmmədli dueti də final raundunda mübarizə aparıb. Burada sürət tapşırığı onlara beşinci yeri qazandırıb, duet çoxnövçülükdə çıxışına görə isə 8-ci yerə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti