...

"Qızıl top" mükafatına layiq olan namizəd futbolçuların adları açıqlandı

İdman Materials 29 Oktyabr 2013 11:29 (UTC +04:00)
FİFA dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizədlərin adlarını açıqlayıb.
"Qızıl top" mükafatına layiq olan namizəd futbolçuların adları açıqlandı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

FİFA dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizədlərin adlarını açıqlayıb.

Trend-in FİFA-nın saytına istinadən verdiyi məlumata görə, siyahıda 23 futbolçu yer alıb.

Builki "Qızıl top" mükafatına namizəd oyunçular bunlardır:

Qaret Beyl (Uels), Edinson Kavani (Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Hazard (Belçika), Zlatan İbrahimoviç (İsveç), Xavi (İspaniya), Andres İnyesta (İspaniya), Filipp Lam (Almaniya), Robert Lavondovski (Polşa), Lionel Messi (Argentina), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Aryen Robben (Hollandiya), Bastian Şvaynştayqer (Almaniya), Luis Suarez (Uruqvay), Mesut Özil (Almaniya), Tomas Müller (Almaniya), Manuel Noyer (Almaniya), Tiaqo Silva, Neymar (Braziliya), Kriştiano Ronaldo (Portuqaliya) Robin van Persi (Hollandiya), Yaya Ture (Kot d`İuvar).

Qeyd edək ki, qalibin adı yığmaların baş məşqçilərinin, kapitanlarının və jurnalistlərin səslərinin nəticələrinə əsasən yanvarın 13-də bəlli olacaq.

Xatırladaq ki, son 4 ildə bu mükafatı Lionel Messi qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti