...

Patrik Hikki: 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsinə hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

İdman Materials 29 Oktyabr 2013 14:52 (UTC +04:00)
Azərbaycan rəhbərliyi 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsinə böyük dəstək verir və işlərin gedişatı yaxşı vəziyyətdədir. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında deyib.
Patrik Hikki: 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsinə hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan rəhbərliyi 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsinə böyük dəstək verir və işlərin gedişatı yaxşı vəziyyətdədir. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında deyib.

P.Hikki bildirib ki, yarışlara hazırlıq prosesində böyük irəliləyişlərə nail olunub, Təşkilat Komitəsinin işi qrafikə uyğun aparılır. Onun sözlərinə görə, bu oyunların uğuru həm Azərbaycanın, həm də Avropanın uğuru olacaq.

Avropa Olimpiya Komitəsinin (AOK) müşahidə qrupu Avropa Oyunları 2015-ə ev sahibliyi edəcək şəhərə - Bakıya gəlişindən üç gün sonra Avropa Oyunları Bakı 2015-in yerli əməliyyat komitəsi tərəfindən edilmiş irəliləyişi qiymətləndirib.

Bakı-2015 Oyunlarına hazırlıq Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Spiros Kapralos ilə görüşündə müzakirə edilib. Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı və Bakıda İlk Avropa Oyunlarına hazırlıqlarda irəliləyişlər qeyd edilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun sülhməramlı səfiri və Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva AOK üzvlərini Bakıda 28-29 oktyabr 2013-cü ildə keçirilən təqdimatlarda qəbul edib.

Bakıda mətbuat konfransında çıxış edən AOK-un Koordinasiya Komitəsinin sədri S.Kapralos bildirib ki, tarixi ilk Avropa Oyunları üçün Bakı-2015 Təşkilat Komitəsi tərəfindən aparılan bütün planlaşdırma və hazırlıqlara valeh olub:

"Bakı-2015 Oyunları Avropa, bütövlükdə Avropa gəncləri və cəmiyyəti üçün yeni böyük infrastrukturlar və tədbirlərin keçirilməsi üçün yerlər qoyub gedəcək. Bizim ilk Koordinasiya Komitəmizin gəlişindən sonra altı ay ərzində Cim Şerr baş əməliyyat icraçısı kimi bura gəldi və tezliklə torpaq üstündə qaçışda müvəffəqiyyət əldə etmiş beynəlxalq dərəcəli böyüklər qrupuna birinci dərəcə tətbiq etdi".

Nazir A.Rəhimov deyib: "İkinci dəfə Koordinasiya Komitəsini salamlamaqdan məmnunluq duyuruq və onları öz plan və irəliləyişlərimizlə tanış etməkdən zövq aldıq".
AOK son illərdə təntənəli London-2012 Olimpiya və Paralimpiya oyunları və bir çox başqa layihə və tədbirlərdə bir sıra hörmətli oyun planlaşdırıcıları və ekspertlərinin iştirakı ilə Təşkilat Komitəsinin peşəkarlığının artmasını yüksək qiymətləndirildi.

BAOƏK-in baş əməliyyat icraçısı Cim Şerr deyib: "Bakı Oyunlarının açılış mərasiminə çox az - 600 gün qalmasına görə BAOƏK-də hər kəs coşqundur və Bakı bütün diqqətini Azərbaycan və Avropa qitəsinin qürur duya biləcəyi Oyunların keçirilməsinə cəmləyib. Bizim böyüklərdən ibarət təcrübəli komandamız yerlərdə olub və planlaşdırma yüksək səviyyədədir. Son altı ay ərzində böyük həcmdə işlər görülüb və Milli Olimpiya Komitəsi, idman federasiyaları və digər əsas maraqlı şəxslərlə Oyunların detallarını bölüşməyə başlamaq ən böyük prioritetdir".

P.Hikki Bakı Oyunlarını fantastik və innovativ kimi təsvir edərək, Bakı təşkilatçılarının Oyunlardan idman və idman dəyərləri ilə yerli cəmiyyəti savadlandırmağa kömək etmək üçün katalizator kimi istifadə etməsindən AOK-un məmnun olduğunu söyləyib.

O, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən Bakı Oyunlarına rəhbərlik edilməsini qiymətləndirib və Azərbaycan hökuməti və xalqı tərəfindən oyunlara göstərilən dəstəyə görə təşəkkür edib.

AOK üzvləri Oyun təşkilatçılarından texnologiya, mənzil, kommunikasiya, maliyyə, nəqliyyat, tikinti, idman və tədbirlərin keçirilməsi yeri kimi bir sıra funksional sahələrdə proseslər barədə təqdimat və hesabatları alıblar.

Onlar, həmçinin boks, voleybol, taekvondo, qılıncoynatma və karate kimi beş idman növünə ev sahibliyi edəcək Kristal Zal daxil olmaqla əsas oyunların keçirildiyin yerlərə turda iştirak ediblər.

Nazir A.Rəhimov bildirib ki, Azərbaycan xalqı Avropa dövlətləri və atletlərinin uzun müddət yaddaşlarından silinməyəcək və Azərbaycanda və qitədə gələcək gənc nəsilləri ruhlandıracaq milli qarşılama və oyun vərdişləri nümayiş etdirməyi planlaşdırır və səfərləri zamanı göstərdikləri dəstəyə və məsləhətlərinə görə AOK-un Koordinasiya Komitəsinin üzvlərinə təşəkkür edib: "Bakı-2015 oyunları üçün bizim planlarımız AOK oyun mütəxəssisləri ilə keçirilən yüksək məhsuldar görüşlərlə əhəmiyyətli dərəcədə keyfiyyət əldə edib, güclənib və biz ilk Bakı-2015 Oyunlarına doğru irəlilədiyimizə görə Koordinasiya Komitəsinin növbəti səfərlərini səbirsizliklə gözləyəcəyik".

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, qısa bir müddətdə böyük bir irəliləyiş əldə olunub: "Biz qətiyyətlə deyə bilərik ki, "Bakı 2015" Olimpiya Oyunları dünya idman tarixində böyük rol oynayacaq. Hazırda işin gedişindən görünür ki, yarışların keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlər vaxtında həll olunacaq. Oyunları vaxtında keçirməyə nail olacağıq".

Nazir bildirib ki, idman quruğularının 80-90 faizi 2014-cü ilin sonuna qədər hazır olacaq: "Biz bu oyunlara böyük önəm veririk və çalışırıq ki, bu oyunlar Azərbaycanın idman tarixində bir irs kimi qalsın. Oyunlar üçün tikilən obyektlər Azərbaycanın gələcəyi üçün tikilir. Yəni Bakıda bir sıra idman növləri üzrə ilk dəfə yarışlar keçiriləcək, Azərbaycan gəncləri yeni idman növləri ilə tanış olacaq və bu idman növlərinin Azərbaycanda da inkişaf etdirilməsi üçün şərait yaranacaq".

A.Rəhimovun sözlərinə görə, 65 minlik Olimpiya Stadionu və Böyük Su-Hovuz Kompleksi 2015-ci il fevralın əvvəlinə istifadayə veriləcək: "Hazırda bir gün də istirahət etməyə vaxt yoxdur. Görülən işlər bütün idman qurğularının vaxtında tikilib istifadəyə veriləcəyini deməyə əsas verir".

Nazir qeyd edib ki, Azərbaycan Avropa Oyunları ilə bir ənənə yaratmaq istəyir: "Bu oyunlar miqyasına görə Azərbaycan idman tarixində ən böyük tədbirdir. Ona görə də biz ölkədə infrastrukturla yanaşı bütün sahələrdə irəliləyişə nail olmaq istəyirik".

Qeyd edək ki, Avropa Oyunları hər dörd ildən bir keçiriləcək Avropanın 49 Milli Olimpiya komitəsinin atletləri üçün çoxsaylı idman hadisəsidir. İlk Avropa Oyunlarının Azərbaycanın Bakı şəhərində keçirilməsi qərara alınıb. Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən təşkil edilir və tənzimlənir. Avropa Oyunları İtaliyanın Roma şəhərində 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında Avropa Milli Olimpiya komitələrinin əksəriyyətinin səs çoxluğu ilə yaradılıb. Bu həmin Ümumi Yığıncaqda olub ki, MOK-lar böyük səs çoxluğu ilə oyunların Azərbaycanın Bakı şəhərində keçirilməsinə qərar verib. Daha geniş məlumat üçün: www.baku2015.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti