...

Avropa birinciliyində 3 boksçumuz finala yüksəldi

İdman Materials 15 Noyabr 2013 23:59 (UTC +04:00)
Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində 3 boksçumuz finala vəsiqə qazanıb.
Avropa birinciliyində 3 boksçumuz finala yüksəldi

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində 3 boksçumuz finala vəsiqə qazanıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Gürcüstan nümayəndəsi Giorgia Çarqazianı məğlub edib. Millimizin üzvü finalda Rusiya boksçusu Maqomed Maqomedbekovla qarşılaşacaq.

Tayfur Əliyev də (52 kq) adını finalçılar sırasına yazdırıb. Boksçumuz İtaliya təmsilçisi Marko Amorozonu yarımfinalda məğlub edib. T.Əliyev qızıl medal uğrunda döyüşdə rusiyalı Tamerlan Xangişiyevlə üz-üzə gələcək.

Hüseyn Tarverdilinin (70 kq) yarımfinaldakı qələbəsi isə daha əlamətdar olub. Həmyerlimiz Ermənistan idmançısı Vardan Kosyanı məğlub edərək finala yüksəlib. H.Tarverdilinin də həlledici döyüşdə rəqibi yerli boksçu olacaq. O, qızıl medal qazanmaq üçün rusiyalı Vladimir Xarçenkonu məğlub etməlidir.

Ümid Rüstəmov isə (50 kq) yarımfinalda irlandiyalı Patrik Kleariyə uduzaraq bürünc medalla kifayətlənib.

Final döyüşləri noyabrın 16-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti