...

Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib (FOTO)

İdman Materials 19 Noyabr 2013 11:52 (UTC +04:00)
Bu gün İsmayıllıda gimnastika üzrə 20-ci Azərbaycan çempionatı keçirilir.
Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verilib (FOTO)

Azərbaycan, İsmayıllı, 19 noyabr /Trend, müxbir H.Vəliyev/

Bu gün İsmayıllıda bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı keçirilir.

Trend-in məlumatına görə, yarışlarda həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü ümumilikdə 16 gimnast iştirak edir.

Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparırlar.

Son beş ildə Azərbaycan çempionu London olimpiadasından sonra böyük idmanı tərk edən Aliyə Qarayeva olub. İndi isə yeni titul və qızıl medala əsas iddiaçılar Lalə Yusifova və Marina Durunda hesab edilirlər.

Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Fleyms" klubunun gimnastları ilə yanaşı, "Neftçi", "Bakı Gimnastika Məktəbi", "Spartak" və "Sərhədçi"nin təmsilçiləri də çıxış edirlər.

Çempionata maraq onun yenidən iki il əvvəl olduğu kimi paytaxtdan kənarda keçirilməsi ilə daha da artıb. Bu dəfə yeni çempionların adları İsmayıllı Olimpiya İdman Kompleksində elan olunacaq. Milli Federasiyanın vəzifələrindən biri təkcə Bakıda deyil, Azərbaycanın ayrı-ayrı regionlarında da gimnastikanın inkişaf etdirilməsidir. Son illər ərzində paytaxtın hüdudlarından kənarda bir neçə bölmə açılıb.

Çempionata ən yaxşı gimnastların, eləcə də İsmayıllı təmsilçilərinin ifasında qala-konsertlə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti