...

Marina Durunda: Çempion üçün bütün tapşırıqların yüksək səviyyədə icrası mütləq şərtdir

İdman Materials 20 Noyabr 2013 19:58 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, çoxnövçülükdə, lent, halqa və topla hərəkətlərdə qalib gələn Marina Durunda ölkənin ən yaxşı gimnastı titulunu qazanıb.
Marina Durunda: Çempion üçün bütün tapşırıqların yüksək səviyyədə icrası mütləq şərtdir

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

İsmayıllıda keçirilmiş bədii gimnastika üzrə XX Azərbaycan birinciliyi hər mənada baş tutdu.

Azərbaycan Gimnastika Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, çoxnövçülükdə, lent, halqa və topla hərəkətlərdə qalib gələn Marina Durunda ölkənin ən yaxşı gimnastı titulunu qazanıb. Gürzlə hərəkətlərdə isə Lalə Yusifova qızıl medal əldə edib. İdmançılar böyüklər arasında yenicə iştirak etməyə başlasalar da, ölkə birinciliyi onların sıx mövsümünün layiqli yekunu oldu.

Son dövrlərdə Azərbaycanın bölgələrində ölkənin ən yaxşı gimnastlarına baxırlar. İki il əvvəl çempionat Qusarda baş tutmuşdu, bu dəfə isə idmançılar İsmayıllıda mübarizə apardılar. Bundan əlavə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yarışlardan öncə iştirakçılar üçün ziyafət təşkil etmişdi, çempionatın özü isə həqiqətən də bayram əhval-ruhiyyəsində keçdi. Belə bir ab-havaya düşən idmançılara çoxnövçülükdə və ayrı-ayrı növlərdə güclünü müəyyənləşdirmək üçün Olimpiya kompleksində iştirak etmək ikiqat xoş idi.

Bundan başqa, çempionatın özünəməxsus intriqası var idi: axı son 5 il ərzində ən güclü gimnast adını Aliyə Qarayeva heç kimə güzəştə getmirdi. Lakin titullu idmançı London olimpiadasından sonra karyerasına yekun vurduğuna görə qızıl medala ən real namizədlər Marina Durunda və Lalə Yusifova hesab edilirdi. Hər iki gimnastın böyük potensialı var. Onlar əla proqramlar nümayiş etdirməklə öz potensiallarını yenicə üzə çıxarmağa başlayırlar. Nəticədə M.Durunda çempionatda qalib gələrək, bir növ A.Qarayevadan estafeti aldı.

M.Durunda bununla bağlı təəssüratlarını bölüşüb: "Lalə ilə birlikdə yığmanın indiki liderləri olmağımız faktı çıxışda müəyyən iz buraxırdı. Lakin hesab etmirəm ki, mövcud şərait mənə və Laləyə hər hansı təzyiq göstərirdi. Üstəlik, biz birlikdə məşq edirik. Sadəcə, mən diqqətimi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə cəmləmişdim. Bu, qalib olmağın mütləq şərtidir".

Onun sözlərinə görə, indi əsas vəzifə təkcə Azərbaycanda birinci olmaq deyil, həm də beynəlxalq arenada çempion titulunu qazanmaqdır: "Səylərimiz məhz bu istiqamətə yönələcək".

M.Durunda bildirib: "İsmayıllı bizi çox səmimi qarşıladı, kompeksin girişi önündə rəqslərlə birlikdə şənlik keçirdilər, ziyafət təşkil etdilər və biz sadəcə olaraq çıxışlarımızla belə səmimi qəbula görə təşəkkür etmək istəyirdik. Qeyd edim ki, mən Yusifova ilə birlikdə bu il sonuncu dəfə kompozisiyalarımızı icra etdik. Həmin kompozisiyaları Avropa və dünya çempionatlarında nümayiş etdirmişdik. İndi isə yeni proqram hazırlamaq və perspektivli planlar qurmaq lazımdır. Bu il göstərilən nəticələri yaxşılaşdırmaq üçün öz üzərimizdə daha çox işləməliyik".

Gürzlə hərkətlərdə Azərbaycan çempionu olmuş Lalə Yusifova isə bunları söyləyib: "Güman edirəm ki, hələ öz üzərimdə işləməli və potensialımı tam üzə çıxarmalıyam. Biz yeni ideya və tapşırıqlar üzərində işləyəcəyik. Fikrimcə, yeni mərhələ gələn ilin yayında Bakıda keçiriləcək Avropa çempionatı olacaq. Zənnimcə, gələn il mən lentlə hərəkətlərdə çox yaxşı nəticə əldə edəcəyəm. Baş məşqçimiz Mariana Vasileva mənə çox yaxşı tapşırıq verdi, indi onu təkmilləşdirməliyəm. Buna görə gələcəkdə də azarkeçləri təəccübləndirməyə çalışacağam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti