...

Azərbaycanın qadın boksçuları Qazaxıstandan 5 medalla qayıdıblar

İdman Materials 12 Dekabr 2013 15:01 (UTC +04:00)
Trend Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.
Azərbaycanın qadın boksçuları Qazaxıstandan 5 medalla qayıdıblar

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub.

Trend Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.

81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayevə final görüşündə qalib gələrək, turnirin baş mükafatına yiyələnib. Yana Alekseyeva isə (60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya uduzaraq gümüş medala sahib olub.

Xatırladaq ki, Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimardanova (51 kq) bürünc medalla kifayətləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti