...

2013-cü ilin ən güclü baş məşqçiləri müəyyənləşdi

İdman Materials 10 Yanvar 2014 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cü il üçün dünyanın ən güclü məşqçilərinin adlarını açıqlayıb.

Trend xəbər verir ki, ötən mövsüm "Bavariya" ilə bütün titulları qazanan Yupp Haynkes 2013-cü ilin ən yaxşısı seçilib.

Almaniyalı mütəxəssis səsvermədə 216 xalla bütün rəqiblərini geridə qoyub. Çempionlar Liqasının son finalçısı "Borussiya" (Dortmund) klubunun çalışdırıcısı Yurgen Klopp 101 xalla siyahıda ikinci olub.

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone isə 61 xalla ilk "üçlüy"ü qapayıb.


1. Yupp Haynkes ("Bavariya") - 216 xal
2. Yurgen Klopp ("Borussiya", Dortmund) - 101 xal
3. Dieqo Simeone ("Atletiko", Madrid) - 61 xal
4. Ser Aleks Fergüsson ("Mançester Yunayted") - 33 xal
5. Xosep Qvardiola ("Bavariya") - 30 xal
6. Arsen Venger ("Arsenal") - 29 xal
7. Joze Mourinyo ("Real", "Çelsi") - 10 xal
8. Antonio Konte ("Yuventus") - 3 xal
9. Xorxe Xesus ("Sportinq", "Benfika") - 3 xal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti