...

Məşhur şahmatçı Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilib

İdman Materials 14 Yanvar 2014 08:29 (UTC +04:00)
Yanvarın 14-də tanınmış şahmatçı, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmış və bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilib.
Məşhur şahmatçı Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilib

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Yanvarın 14-də tanınmış şahmatçı, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmış və bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda üçrəngli Azərbaycan bayrağına sarılmış cənazəni mərhum şahmatçının yaxınları və ölkə idman ictimaiyyətinin nümayəndələri qarşılayblar.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Vüqar Həşimovun dünyasını dəyişməsindən çox kədərləndiyini bildirmiş, bu itkinin təkcə ölkəmiz üçün deyil, dünya şahmatı üçün böyük kədər olduğunu diqqətə çatdırmış və müxtəlif ölkələrin milli federasiyalarından bu hüznlə bağlı başsağlığı məktublarının gəldiyini vurğulayıb.

Vüqar Həşimovla vida mərasimi yanvarın 14-də Respublika Şahmat Mərkəzində saat 11.00-dan 15.00-dək təşkil olunacaq. Şahmatçı üçüncü Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də dünyasını dəyişib.

V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti