Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Voleybol üzrə qadınlar arasında CEV kuboku uğrunda yarışlarda iştirak edən təmsilçilərimizdən biri yoluna davam edə bilməyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1/4 finalda "Azərreyl" Rusiyanın "Uraloçka" klubuyla qarşılaşıb.
Komandamız ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da meydanı məğlub tərk edib.
Bu gün Yekaterinbuqrda keçirilən matçda "dəmiryolçular" meydan sahiblərinə 1:3 (28-30, 18-25, 25-21, 13-25) hesabıyla yeniliblər. Ötən həftə Bakıda baş tutmuş ilk görüşdə də eyni aqibəti yaşayan Aleksandr Çervyakovun yetirmələri kubok uğrunda mübarizəni yarımçıq qoyublar.