Azərbaycan, Bakı, 31 yanvar /Trend/
Premyer Liqanın ikinci hissəsinə ciddi hazırlaşan "Rəvan" klubu heyətini 5 futbolçu ilə gücləndirib.
Trend klubun saytına istinadən məlumat verir ki, komanda legionerlərlə rəsmi müqavilə bağlayıb. Bunlar braziliyalılar - yarımmüdafiəçi Tyaqo Mirasema və müdafiəçi Julio Sezar, sloveniyalı müdafiəçi Mitya Moriç, bosniyalı müdafiəçi Boyan Markoviç və nigeriyalı hücumçu Oke Akpovetadır.
Legionerlərin hamısı ilə 1,5 illik müqavilə imzalanıb.