...

Məşhur ispaniyalı məşqçi Luis Araqones vəfat etdi

İdman Materials 1 Fevral 2014 12:43 (UTC +04:00)
Futbol üzrə İspaniya yığmasının keçmiş baş məşqçisi Luis Araqones 76 yaşında dünyasını dəyişib.
Məşhur ispaniyalı məşqçi Luis Araqones vəfat etdi

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Futbol üzrə İspaniya yığmasının keçmiş baş məşqçisi Luis Araqones 76 yaşında dünyasını dəyişib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, tanınmış məşqçi səhər satlarında Madriddəki klinikaların birində vəfat edib.

L.Araqones 40 il ərzində müxtəlif klublarda və yığmalarda işləyib. Avro-2008-də İspaniya millisinə qitə çempionluğunu qazandıran məşqçi "Atletiko" və "Barselona" kimi klublarda çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti