...

Azərbaycan idmançılarının Soçi Qış Olimpiya Oyunlarında iştirakı normal qaydada davam edir

İdman Materials 14 Fevral 2014 11:01 (UTC +04:00)
Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının məşqləri normal qaydada gedir və hər hansı bir zədə qeydə alınmayıb.
Azərbaycan idmançılarının Soçi Qış Olimpiya Oyunlarında iştirakı normal qaydada davam edir

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının məşqləri normal qaydada gedir və hər hansı bir zədə qeydə alınmayıb. Bu barədə Trend-ə olimpiadada Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva deyib.

K.Nurullayeva qeyd edib ki, idmançılarımız yarışlarda iştirak edirlər, hər şey qaydasındadır və heç bir problem yoxdur.

Onun sözlərinə görə, fiqurlu konkisürmə yarışları fevralın 16-17-də baş tutacaq. Dağ xizəyi üzrə yarışların isə 19, 20 və 21 fevralda keçirilməsi nəzərdə tutulub: "İdmançılarımız hələ ki, özlərinə aid məşq yerlərində hazırlaşırlar. Məşqlər öz qaydasında gedir, heç bir problem yoxdur".

Qeyd edək ki, Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən etibarən iştirak edir. Ölkəmiz Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti