...

Beynəlxalq Güləş Federasiyası güləşçilərin yeni reytinq siyahısını açıqlayıb

İdman Materials 17 Fevral 2014 17:25 (UTC +04:00)
Beynəlxalq Güləş Federasiyası (FILA) 2014-cü ilin yanvar ayı üçün güləşçilərin reytinq siyahısını açıqlayıb. Bu barədə Trend Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Beynəlxalq Güləş Federasiyası güləşçilərin yeni reytinq siyahısını açıqlayıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Beynəlxalq Güləş Federasiyası (FILA) 2014-cü ilin yanvar ayı üçün güləşçilərin reytinq siyahısını açıqlayıb. Bu barədə Trend Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Qeyd edək ki, bu, güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklərdən sonra ilk reytinq siyahısıdır. Dəyişiklikləri nəzərə alan FILA hər çəki dərəcəsi üzrə siyahıya əvvəlki kimi 10 deyil, 20 idmançı daxil edib.

Yunan-Roma güləşi üzrə

59 kq - Eldəniz Əzizli (13)
66 kq - Həsən Əliyev (5), Rəsul Çunayev (8), Azad Əliyev (13)
71 kq - Hacımurad Bağmanov (17)
75 kq - Rafiq Hüseynov (11)
80 kq - Elvin Mürsəliyev (11)
85 kq - Saman Təhmasibi (2)
98 kq - Şalva Qadabadze (4)

Sərbəst güləş üzrə

57 kq - Yaşar Əliyev (11)
61 kq - Əhmədnəbi Qvarzatilov (10), Hacı Əliyev (11)
65 kq - Ağahüseyn Mustafayev (16)
74 kq - Cəbrayıl Həsənov (10), Əşrəf Əliyev (16)
86 kq - Aleksandr Qostiyev (8)
97 kq - Xetaq Qazyumov (2), Şərif Şərifov (8)
125 kq - Cəmaləddin Məhəmmədov (8)

Qadın güləşi üzrə

48 kq - Mariya Stadnik (2)
58 kq - Yuliya Ratkeviç (2)
75 kq - Səbirə Əliyeva (13)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti