...

Azərbaycanın sərbəst güləşçiləri Sofiyada qüvvələrini sınayacaqlar

İdman Materials 18 Fevral 2014 10:29 (UTC +04:00)
21-23 fevral 2014-cü il tarixdə Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcək.
Azərbaycanın sərbəst güləşçiləri Sofiyada qüvvələrini sınayacaqlar

Azərbaycan, Bakı, 18 fevral /Trend/

21-23 fevral 2014-cü il tarixdə Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərbəst güləş üzrə yığma komandamız turnirdə iştirak edəcək.

Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirə 8 güləşçi yollanacaq.

Heyətdə Ruslan Surxayev (57 kq), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Proqrama əsasən, fevralın 21-də 61 və 74 kq, 22-də 57, 86 və 125 kq, 23-də isə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti