...

Azərbaycan güləşçiləri Aleksandr Medvedin mükafatı uğrunda yarışacaqlar

İdman Materials 27 Fevral 2014 11:18 (UTC +04:00)
1-2 mart 2014-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri keçiriləcək.
Azərbaycan güləşçiləri Aleksandr Medvedin mükafatı uğrunda yarışacaqlar

Azərbaycan, Bakı, 27 fevral /Trend/

1-2 mart 2014-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri keçiriləcək. Turnirdə Azərbaycan yığma komandasının 3 qadın və 1 sərbəst güləşçisi iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Müslümov (65 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti