...

Puyol mövsüm başa çatanda "Barselona"nı tərk edəcəyini açıqlayıb

İdman Materials 5 Mart 2014 12:02 (UTC +04:00)
35 yaşlı müdafiəçi Karles Puyol 2013/14-cü il mövsümü başa çatanda "Barselona"nı tərk edəcəyini elan edib.
Puyol mövsüm başa çatanda "Barselona"nı tərk edəcəyini açıqlayıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

35 yaşlı müdafiəçi Karles Puyol 2013/14-cü il mövsümü başa çatanda "Barselona"nı tərk edəcəyini elan edib. Trend-in məlumatına görə, bu barədə bəyanat Barselonada keçirilən xüsusi mətbuat konfransı zamanı elan edilib.

Puyol "Barselona"da karyerasının ilk illərindən çıxış edib. Kataloniyalıların əsas komandasında müdafiəçinin debütü 1999-cü il oktyabrın 2-də baş tutub.

Qeyd edək ki, "Barselona"nın tərkibində Puyol 6 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb, iki dəfə isə İspaniya Kuboku, dünya klub çempionatı və UEFA superkubokunun qalibi olub. Eləcə də Puyol altı dəfə İspaniya superkubokunu başı üzərinə qaldırıb.

Bu arada "Barselona"nın kapitanı Karles Puyolun öz karyerasını Avropa klublarından birində davam etdirəcəyi barədə məlumat verilib. Çox güman ki, o, "Milan"a keçəcək.

Oyunçu özü dəfələrlə "Milan"a rəğbətini ifadə edib: "Mən "Milan"ı sevirəm. Bu mənim ikinci komandamdır. Əgər mən "Barselonanı tərk etməli olsam, "Milan"a keçərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti