...

Mançini: "...çempion ola bilməyəcəyik"

İdman Materials 15 Mart 2014 02:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Səfər matçlarında qələbə qazana bilməsək, çempion ola bilməyəcəyik. Trend-in məlumatına görə, bunu Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini deyib.

Türkiyə çempionatının 25-ci turu çərçivəsində 0:0 hesabı ilə başa çatan "Karabükspor" - "Qalatasaray" matçından sonra açıqlama verən R.Mançini etiraf edib ki, səfər oyunlarındakı pis gedişi düzəldə bilməsələr, çempion ola bilməyəcəklər: "İlk hissədə yaxşı oynadıq, fürsətlər əldə etdik, amma təəssüf ki, "səfər xəstəliyimiz"ə bu dəfə də qalib gələ bilmədik. Səfərdə qazana bilməsək, çempion ola bilməyəcəyik. Kuboku əldə etmək istəyiriksə, səfər oyunlarında qələbə qazanmalıyıq".

Qeyd edək ki, "Qalatasaray" Türkiyə çempionatında son 3 səfər matçında qələbə qazana bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti