...

"AZAL" PFK-nın baş məşqçisi Vaqif Sadıqov istefa verdi

İdman Materials 15 Mart 2014 20:56 (UTC +04:00)
Son vaxtlar Premyer Liqada uğursuzluğa imza atan Bakının "AZAL" Peşəkar Futbol Klubunun baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib.
"AZAL" PFK-nın baş məşqçisi Vaqif Sadıqov istefa verdi

Azərbaycan Bakı, 15 mart /Trend, müxbir E.Mehdiyev/

Son vaxtlar Premyer Liqada uğursuzluğa imza atan Bakının "AZAL" Peşəkar Futbol Klubunun baş məşqçisi Vaqif Sadıqov vəzifəsindən istefa verib.

"AZAL" PFK-nun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Trend-ə bildirib ki, bu gün "AZAL" PFK-nun rəhbərliyi və baş məşqçi görüş keçirib. Görüşdə komandanın son vaxtlar düçar olduğu uğursuzluqlar və əldə olunan mənfi nəticələr müzakirə edilib.

Rəhbərlik komandanın mövsümün əvvəllərində qarşıya qoyulan hədəflərdən uzaq düşdüyünü vurğulayıb.

Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi nəticə əldə olunmayıb.

Bu səbəbdən Vaqif Sadıqov baş məşqçi vəzifəsindən istefa verdiyini bəyan edib. Vaqif Sadıqov bu qərarını günün sonunda futbolçulara da rəsmən bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti