Azərbaycan, Bakı, 22 mart /Trend/
AFFA-nın baş katibi Elxan Məmmədov Roma şəhərində İtaliya Futbol Federasiyasının prezidenti Ciankarlo Abete ilə görüşüb.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Azərbaycan və İtaliya milli komandaları arasında Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək ev və səfər oyunlarının təşkilati məsələləri ətraflı müzakirə olunub.
Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsində İtaliya - Azərbaycan oyunu bu il oktyabrın 10-da, Azərbaycan - İtaliya qarşılaşması isə 2015-ci il oktyabrın 10-da keçiriləcək.