...

Azərbaycan gimnastları Ştutqartda Dünya kubokunun növbəti mərhələsində bürünc medal qazanıblar

İdman Materials 24 Mart 2014 14:25 (UTC +04:00)
Azərbaycan gimnastları Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya kubokunun növbəti mərhələsində bürünc medal qazanıblar.
Azərbaycan gimnastları Ştutqartda Dünya kubokunun növbəti mərhələsində bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 24 mart /Trend/

Azərbaycan gimnastları Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya kubokunun növbəti mərhələsində bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qrup yarışlarındakı komanda 3-cü yer uğrunda mükafatı Şvabiyadan Abşeron yarımadasına gətirib.

Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva həm təsnifat mərhələsində, həm də finalda 10 gürzlə yaxşı çıxış edərək, yalnız tanınmış liderlərdən - Rusiya və İtaliyadan geri qalıblar.

Kollektiv proqramın digər növündə - 3 top və 2 lentlə hərəkətlərdə çoxnövçülükdə olduğu kimi, 4-cü nəticə göstərib.

Qızlar topla və gürzlə 5-ci olmuş və bütün finallara çıxmış Marina Durunda kimi qarışıq növdə kürsüdə dayanmağa layiq idilər. Bu fikri məşhur həmyerlimiz, 1992-ci il Barselona olimpiadasında gimnastika üzrə olimpiya çempionu olmuş, bu Qərbi Almaniya şəhərində yaşayan və məşqçi işləyən Valeri Belenki bildirib: "Mən gimnastlarımızın çıxışlarını "Porsche Arena"nın VIP-tribunasından izlədim və tamaşaçıların onları necə dəstəklədiklərini gördüm".

Onun sözlərinə görə, əlbəttə, o da faktdır ki, bizim gimnastlarımızı - gələcək Avropa çempionatının sahiblərini (13-15 iyun) Qran-pri və Dünya kubokunun son mərhələsində olduğu kimi, mükafatçılar sırasında görməyə artıq adət ediblər.

İndi gimnastlarımız ikigünlük düşərgədən sonra İsraildə təşkil olunacaq yeniyetmələr üçün Qran-pri və beynəlxalq yarışa yola düşəcəklər.

Onlara Holon şəhərində Gülsüm Şəfizadə, Nilufər Niftalıyeva, Ayşən Bayramova, həmçinin gənc Jalə Piriyeva, Züleyxa İsmayılova və Beyza Dəmir qoşulacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti