...

Azad Rəhimov: Azərbaycan digər ölkələrin 6-7 ilə gördüyü böyük oyunlara hazırlıq işini 2 ilə görür (FOTO)

İdman Materials 4 Aprel 2014 16:15 (UTC +04:00)
"Bakı-2015" Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün aparılan işlər gündəlik olaraq davam edir və Azərbaycanın bu oyunlara layiqincə ev sahibliyi edəcəyinə inanırıq".
Azad Rəhimov: Azərbaycan digər ölkələrin 6-7 ilə gördüyü böyük oyunlara hazırlıq işini 2 ilə görür (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

"Bakı-2015" Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün aparılan işlər gündəlik olaraq davam edir və Azərbaycanın bu oyunlara layiqincə ev sahibliyi edəcəyinə inanırıq". Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Bakı-2015" Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü iclasına həsr edilmiş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yarışların keçirilməsinə hazırlıq prosesi davam edir, təhlükəsizlik, nəqliyyat, idman qurğularının quraşdırılması ilə bağlı məsələlər həll olunub, tikinti işləri sürətlə davam etdirilir: "Biz bu oyunların keçirilməsinə qısa müddət ərzində hazırlaşırıq. Digər ölkələrdə bu kimi böyük oyunlara hazırlıq işləri 6-7 il gedir, biz isə bu işi 2 ilə görməliyik. Buna baxmayaraq, mən Bakı Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etmək iqtidarında olan komandamıza tam inanıram".

A.Rəhimov əlavə edib ki, Azərbaycan xalqı da bu oyunların keçirilməsinə böyük dəstək göstərir və oyunların başlamasını səbirsizliklə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti