...

Trend KİV-lər arasında keçirilən atıcılıq turnirinin qalibi oldu (FOTO)

İdman Materials 3 May 2014 13:14 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, KİV komandaları arasında keçirilən atıcılıq turnirinin qalibi olub.
Trend KİV-lər arasında keçirilən atıcılıq turnirinin qalibi oldu (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/

Trend Beynəlxalq İnformasiya Agentliyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV komandaları arasında keçirilən atıcılıq turnirinin qalibi olub.

Trend-in məlumatına görə, mayın 3-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş KİV nümayəndələri arasında I atıcılıq turniri keçirib.

Turnirdə iştirak etmək üçün 19 komanda qeydiyyatdan keçib. Hər birində 3 nəfər olmaqla komandalar ilk mərhələdə püşkatma nəticəsində müəyyən edilmiş 6 qrupda mübarizə aparıblar. Onlardan birinci yeri tutan komandalar yarışı ikinci mərhələdə davam etdiriblər.

Hər iki mərhələdə yüksək nəticələr göstərən Trend Beynəlxalq İnformasiya Agentliyinin İlkin Bağırov, Bəxtiyar Hacıyev və Zaur Mustafayevdən ibarət komandası turnirin qalibi adına layiq görülüb.

Yarışda ikinci yeri "interpress.az" informasiya saytının, 3-cü yeri isə "Kaspi" qəzetinin kollektivi tutub.

Qaliblərə kubok, medal, sertifikat və xatirə hədiyyələri təqdim edilib.

Mükafatları qaliblərə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin I müavini, polkovnik Zaur Abdullayev təqdim edib.

Z.Abdullayev ümummilli lider H.Əliyevin ordu quruculuğu və hərbi vətənpərvərlik işlərinin təşkili sahəsində gördüyü işlərin əhəmiyyətindən danışıb. O, H.Əliyevin bu sahədə həyata keçirdiyi işlərin bu gün də uğurla davam etdiyini bildirib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu turnirin bundan sonra da ənənəvi olaraq hər il davam etdirilməsi nəzərdə tutulur: "Bu gün Xidmətin media nümayəndələri arasında atıcılıq turniri keçirməsi heç də təsadüfi deyildir. Çünki Silahlıq Qüvvələrimizin artan qüdrətini dünyaya çatdıran məhz media təmsilçiləridir. Jurnalistlər arasında atıcılıq turnirini keçirməkdə məqsəd də media nümayəndələrinin tək qələmləri ilə deyil, silaha sarılaraq dövlətimizin ərazi bütövlüyünün təmin olunmasında iştirak edəcəklərini göstərməkdir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə jurnalistlər arasında da şəhidlik zirvəsinə ucalanlarımız var. Dünyanın istənilən münaqişə ocağından yayımlanan reportajlarda hərbçilərin yanında mütləq bir jurnalisti, operatoru görə bilərik. Bu baxımdan hərbçilərlə jurnalistlərin çəkdiyi əziyyət arasında heç bir fərq görmürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti