...

Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatına start verilib (FOTO)

İdman Materials 3 May 2014 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 3-də İqtisadiyyat və Sənaye Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş keçici kubok uğrunda mini-futbol çempionatına start verilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirdə İqtisadiyyat və Sənaye Nazirliyi aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 13 komandası iştirak edir.

Çempionata iyunun 14-də yekun vurulacaq. Qaliblərə İqtisadiyyat və Sənaye Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin keçici kuboku, Fəxri Fərman və hədiyyələr təqdim ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti