...

Azərbaycanın qadın güləşçiləri Qran Priyə Belarusda hazırlaşırlar

İdman Materials 29 May 2014 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Qadın güləşi üzrə böyüklərdən ibarət yığma komanda 2014-cü ilin təqvim planına əsasən, qarşıdan gələn yarışlarda iştiraka hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yığma komandanın üzvləri mayın 25-dən Belarusun "Stayki" Olimpiya İdman Kompleksində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır.

Yığma komandanın baş məşqçisi Yaqub Məmmədov və məşqçi Konstantin Konorevin rəhbərliyi altında təlim-məşq toplanışına 6 güləşçimiz cəlb olunub. Heyətdə Mariya Stadnik, Patimat Baqomedova, Yuliya Ratkeviç, Anjela Doroqan, İrina Netreba və Nadya Sementsova yer alıb.

Təlim-məşq toplanışı iyunun 5-dək davam edəcək. Yığma komandanın üzvləri daha sonra, 6-8 iyun 2014-cü il tarixdə Almaniyanın Dormagen şəhərində keçiriləcək Qran Pri beynəlxalq turnirində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti