...

Eurosport: "Azərbaycan yüksək təşkilatçılıq bacarığını gələn il bir daha göstərəcək"

İdman Materials 31 May 2014 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

"Tour d"Azerbaidjan-2014" veloyürüşü ilə əlaqədar ölkəmizdə olan Avropanın ən nüfuzlu idman kanalı "Eurosport"un əməkdaşları Azərbaycanla bağlı daha bir süjet hazırlayıblar. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, materialda ölkəmizdə idmana olan dövlət qayğısından, Azərbaycanın füsünkar təbiətindən və "Bakı-2015" Avropa Oyunlarına hazırlıqdan bəhs olunur.

Kanal əməkdaşlarına müsahibə verən "Synergy Baku Cycling Project" komandasının baş meneceri David McQuaid son illər Azərbaycanda velosiped idmanının inkişafına xüsusi diqqət yetirildiyini bildirib. O, ölkəmizdə güləş, cüdo, otüstü hokkey kimi idman növlərinin xüsusi populyarlıq qazandığını deyərək Azərbaycan idmançılarının planetin ən ali idman yarışlarında uğurlu çıxışından söhbət açıb. "Dövlətin idmana qayğısından savayı, iş adamları və sponsorların da bu sahəyə vəsait xərcləməsinin nəticəsidir ki, Azərbaycan idmanı durmadan inkişaf edir" - deyən David McQuaid "Synergy Baku"nun timsalında Azərbaycanda velosiped idmanının çiçəklənmə dövrü yaşadığını vurğulayıb.

Süjet müəllifinin sözlərinə görə, günü-gündən inkişaf edən Azərbaycan təkcə idmanı ilə deyil, həm də gözəl təbiəti ilə dünyada tanınmaq istəyir.

"Synergy Group" ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynovun sözlərinə görə, diqqətçəkən 2 amil təşkilatçılara özlərini xoşbəxt hiss etməyə imkan verir. Birincisi, yüksək təşkilatçılıq, ikincisi isə yarışın baş sponsoru kimi, "Synergy Group"un özünün qarşısına qoyduğu məqsəd, yəni idmanın inkişafına və populyarlıq qazanmasına nail olmaq: "Yeniyetmə və gənc nəslin idmana cəlb olunması bizim əsas məqsədlərimizdəndir və düşünürəm ki, biz buna nail ola bilmişik".

Gələn il Azərbaycanın bu cür böyük yarışları təşkil etmək bacarığını, paytaxt Bakının və ümumiyyətlə ölkənin necə gözəl olmasını bütün dünyaya nümayiş etdirmək üçün daha bir imkanı olacaq. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleq lazımi infrastrukturun yaradılması üçün xərclənən vəsaitin özünü tam doğruldacağından əmindir: "Səbirsizliklə gələn il keçiriləcək ilk Avropa Oyunlarını gözləyirəm və əminəm ki, Azərbaycanın çox böyük gələcəyi var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti