...

Dağ velosipedçilərimiz Ərzurumda (FOTO)

İdman Materials 2 İyun 2014 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Türkiyənin Batman şəhərində dağ velosipedi (Mounten Bayk - MTB) üzrə keçirilən "Batman Cup" beynəlxalq turnirinin ardınca idmançılarımız qardaş ölkədə təşkil olunan daha bir yarışda mübarizə aparıblar.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına əsasən təşkil olunan və çətinlik dərəcəsinə görə 2-ci kateqoriyaya aid edilən bu yarışda da Azərbaycan yığmasının 3 üzvü mübarizə aparıb.

Batmanda olduğu kimi, bu dəfə də təmsilçilərimizdən ən yaxşı nəticə Aqşin İsmayılova məxsusdur - o, 1 saat, 40 dəqiqə, 47 saniyə göstərici ilə 30 iştirakçı arasında 10-cu yeri tutub. Bu isə idmançımıza 1 reytinq xalı qazandırıb. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən, hər yarışda toplanan xallar velosipedçilərə daha nüfuzlu yarışlarda iştiraka imkan yaradır.

Komandamızın digər üzvlərinə gəlincə, Orxan Məmmədov 11-ci, Murad Sultanov isə 12-cı olub.

Qeyd edək ki, gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının proqramına dağ velosipedi də daxildir və bununla əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyası bu sahənin inkişafını xüsusi diqqətdə saxlayır. Əsas məqsəd idmançılarımızın Avropa Oyunlarında layiqli çıxışına nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti