...

Azərbaycanın qadın boksçusu AÇ-nin finalına çıxıb

İdman Materials 7 İyun 2014 15:27 (UTC +04:00)
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən boks üzrə qadınlar arasında Avropa çempionatında finalçılar bəlli olub.
Azərbaycanın qadın boksçusu AÇ-nin finalına çıxıb

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən boks üzrə qadınlar arasında Avropa çempionatında finalçılar bəlli olub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 69 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova həlledici görüşdə iştirak etmək hüququ qazanıb.

Boksçumuz yarımfinalda rumıniyalı Mixaela Kristiana üzərində inamlı qələbə əldə edib - 3:0.

Milli komandamızın üzvü qızıl medal uğrunda qarşılaşmada İngiltərə boksçusu Stasi Kopelandla üz-üzə gələcək. Kopeland yarımfinalda irlandiyalı Klare Graceni məğlub edib.

75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə yarımfinalda Almaniya təmsilçisi Sarah Şeuriçlə mübarizədən məğlub ayrılıb. Beləliklə, Cavadova Avropa çempionatının bürünc mükafatına layiq görülüb.

Qitə çempionatına bu gün yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti