...

Jorj Qelzek: Bakıda bədii gimnastika üzrə Avropa çempionatı çox əhəmiyyətli vaxtda keçirilir (ƏLAVƏ OLUNUB)

İdman Materials 12 İyun 2014 13:02 (UTC +04:00)
Bu gün Bakıda başlayan bədii gimnastika üzrə Avropa çempionatı çox əhəmiyyətli vaxtda - London olimpiadasından iki il sonra və Rio-de-Janeyrodakı Olimpiadaya iki il qalmış təşkil edilib.
Jorj Qelzek: Bakıda bədii gimnastika üzrə Avropa çempionatı çox əhəmiyyətli vaxtda keçirilir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Əliyev /

Bu gün Bakıda başlayan bədii gimnastika üzrə Avropa çempionatı çox əhəmiyyətli vaxtda - London olimpiadasından iki il sonra və Rio-de-Janeyrodakı Olimpiadaya iki il qalmış təşkil edilib. Trend-in məlumatına görə, bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Jorj Qelzek deyib.

J.Qelzek bildirib: "Artıq üçüncü dəfədir Bakı bədii gimnastika üzrə Avropa çempionatını qəbul edir. 2007-ci və 2009-cu illərdəki yarışlar azərbaycanlı dostlarımız tərəfindən uğurla keçirildi və gözəl təşkil olundu. Ona görə biz yenidən Bakıda olduğumuza görə çox şadıq, çünki bilirik ki, Azərbaycan Gimnastika Federasiyası və təşkilatçı şəhər səriştəlidir və peşəkarlıq səviyyəsi yüksəkdir".

Onun sözlərinə görə, bu turnir Bakıda 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları baxımından mühüm rol oynayır: "Turnir iştirakçıları üçün gözəl şərait yaradılıb və Olimpiya kəndi də, Milli Gimnastika Arenası da ən yüksək səviyyədə təşkil edilib".

J.Qelzek Azərbaycan Gimnastika Federasiyasına, yerli Təkilat Komitəsinə, eləcə də bütün könüllülərə göstərdikləri səylərə görə təşəkkürünü bildirib.

Bədii gimnastika üzrə yubiley Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. 9 medal dəsti uğrunda qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti