...

Avropa Gimnastika İttifaqının rəhbəri: Gimnastika gələcək nəsillər üçün çox vacib idman növüdür

İdman Materials 12 İyun 2014 14:47 (UTC +04:00)
Gimnastika gələcək nəsillər üçün çox vacib idman növüdür. Trend-in məlumatına görə, bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Jorj Qelzek deyib.
Avropa Gimnastika İttifaqının rəhbəri: Gimnastika gələcək nəsillər üçün çox vacib idman növüdür

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Bədəlova/

Gimnastika gələcək nəsillər üçün çox vacib idman növüdür. Trend-in məlumatına görə, bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Jorj Qelzek deyib.

Onun sözlərinə görə, Bakıda bədii gimnastika üzrə Avropa çempionatının gedişi haqqında materialların yayılması zamanı KİV-in gimnastikanın gələcək nəsillər üçün çox vacib idman növü olduğu barədə informasiyanı ictimaiyyətə çatdırması çox vacibdir.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə danışan J.Qelzek deyib ki, oyunlar tamaşaçılar üçün son dərəcə maraqlı olacaq: "Biz akrobatik gimnastikaya diqqət yetirəcəyik. Biz istəyirik ki, gimnastika daha dinamik olsun. Azarkeşlər və tamaşaçılar televiziya verilişlərindən bizim bu elementə ayırdığımız əhəmiyyəti anlayacaqlar. Hesab edirəm ki, bu, daha çox tamaşaçı və pərəstişkar toplamaq üçün bizim təkcə Avropa səviyyəsində deyil, bütün dünyada ilk sınağımız olacaq".

UEG rəhbəri bildirib ki, bütövlükdə ilk Avropa Oyunlarında idmanın 19 növü təqdim olunacaq, onlardan 6-sı gimnastika üzrə olacaq.

Bədii gimnastika üzrə yubiley Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. 9 medal dəsti uğrunda qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti