...

Avropa Gimnastika İttifaqı Bakıda bədii gimnastika üzrə Avropa çempionatının uğurla keçiriləcəyinə əmindir

İdman Materials 13 İyun 2014 17:41 (UTC +04:00)
Avropa Gimnastika İttifaqı (AGİ) və xanım Hayde Brunederin rəhbərlik etdiyi Texniki Komitəsi bədii gimnastika üzrə 30-cu Avropa çempionatının keçirilməsini Azərbaycan Gimnastika Federasiyası və onun Yerli Təşkilat Komitəsinə həvalə edərkən bu yarışların uğurlu olacağına əmin idi.
Avropa Gimnastika İttifaqı Bakıda bədii gimnastika üzrə Avropa çempionatının uğurla keçiriləcəyinə əmindir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Əliyev/

Avropa Gimnastika İttifaqı (AGİ) və xanım Hayde Brunederin rəhbərlik etdiyi Texniki Komitəsi bədii gimnastika üzrə 30-cu Avropa çempionatının keçirilməsini Azərbaycan Gimnastika Federasiyası və onun Yerli Təşkilat Komitəsinə həvalə edərkən bu yarışların uğurlu olacağına əmin idi. Trend-in məlumatına görə, bu barədə AGİ rəhbəri Jorj Qelzek Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

J.Qelzek turnir iştirakçılarını salamlayaraq deyib: "Çempionat həm də onunla əlamətdardır ki, burada qrup hərəkətləri komandaları gələn il Bakıda təşkil olunacaq İlk Avropa Oyunlarına lisenziyalar uğrunda mübarizə aparacaqlar".

O, qeyd edib: "Son bir neçə ay ərzində bu mühüm tədbirin uğurlu olması üçün böyük səylə çalışan Azərbaycan Gimmnastika Federasiyası, Təşkilat Komitəsi və bütün könüllülərə öz səmimi təşəkkürümü bildirirəm. Gimnastlara ən xoş arzularımı çatdıraraq və iştirak edən ölkələrin və tamaşaçıların bir çoxunun Azərbaycanın paytaxtında çox maraqlı yarış günləri yaşayacaqlarına inanıram. İndi isə, gəlin, xalçanı gimnastların ixtiyarına verək. Avropa Gimnastika İttifaqı adından, bədii gimnastika üzrə 30-cu Avropa çempionatını burada, Bakı şəhərində açıq elan edirəm".

Qeyd edək ki, Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti