...

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib (FOTO)(VİDEO)

İdman Materials 15 İyun 2014 17:30 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatının bağlanış mərasiminə həsr olunmuş qala-konsert keçirilib.
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimi keçirilib (FOTO)(VİDEO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir A.Bədəlova/

Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatının bağlanış mərasiminə həsr olunmuş qala-konsert keçirilib.

Trend-in məlumatına görə, qala-konsertdə yubiley çempionatda iştirak edən bir sıra komandaların gimnastları çıxış ediblər. Onlar rəngarəng və yaddaqalan şou təqdim ediblər.

Çıxışlar həm fərdi, həm də komanda şəklində olub.

Qala-konsertdən sonra Azərbaycan Gimnastika İttifaqının bayrağının Azərbaycan tərəfindən növbəti Avropa çempionatının keçiriləcəyi Belarusa təqdim edilməsi mərasimi olub.

Sonda Tünzalə Ağayevanın ifasında mahnı səsləndirilib.

Qeyd edək ki, bədii gimnastika üzrə yubiley - 30-cu Avropa çempionatı iyunun 13-də Bakıda Milli Gimnastika Arenasında start götürüb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə 33 ölkədən 258 idmançı iştirak edib. Onları 9 dəst medal uğrunda mübarizə aparıblar.

Azərbaycan gimnastları bu çempionatda 3 medal qazanıblar.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti