Azərbaycan, Bakı, 29 iyun /Trend/
Şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayeva ana olub.
Bu barədə Trend məlumat verir.
"Yelena İsinbayeva iyunun 28-də gecə yarısı qız dünyaya gətirib! Körpənin boyu 53 santimetr, çəkisi isə 3820 qram olub! Lena və körpə özlərini yaxşı hiss edirlər", - Ümumrusiya Yüngül Atletika federasiyasının rəsmi saytında bildirilir.