Azərbaycan, Bakı, 10 iyul /Trend/
Bu gün DÇ-2014-ün növbəti 1/2 final mərhələsinin oyunu baş tutub.
Trend-in məlumatına görə, Argentina və Hollandiya arasında baş tutmuş oyunun əsas və əlavə edilmiş vaxtı 0:0 hesabı ilə bitib.
Penalti seriyalarında üstün olan Argentina millisi 4:2 hesabı ilə qalib gəlib və bununla da finala çıxıb.