...

Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlaşırlar

İdman Materials 31 İyul 2014 12:58 (UTC +04:00)
Yunan-Roma güləşi üzrə yeniyetmələrdən və böyüklərdən ibarət Azərbaycan yığma komandası qarşıdan gələn mühüm əhəmiyyətli beynəlxalq yarışlara hazırlıqlarını davam etdirir.
Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlaşırlar

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Yunan-Roma güləşi üzrə yeniyetmələrdən və böyüklərdən ibarət Azərbaycan yığma komandası qarşıdan gələn mühüm əhəmiyyətli beynəlxalq yarışlara hazırlıqlarını davam etdirir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsini 4 qızıl, 3 gümüş və 3 bürünc medalla tamamlayan yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri sentyabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək dünya çempionatına hazırlıqlara artıq start verib. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusu heyətə 22 güləşçi daxil edib.

Xaçmazda avqustun 6-dək davam edəcək təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, Macarıstan güləşçiləri də iştirak edirlər.

25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlaşan yunan-Roma güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında çəki dərəcəsində 6 güləşçi iştirak edir.

Məlumat üçün bildirək ki, yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında ölkəmizi Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti