...

V "Baku Open" beynəlxalq karate turnirinə hazırlıqla bağlı iclas keçirilib (FOTO)

İdman Materials 7 Avqust 2014 17:05 (UTC +04:00)
12-13 sentyabr tarixlərində paytaxtımızda V "Baku Open" beynəlxalq karate turnirinə hazırlıqla bağlı iclas keçirilib. Bu barədə Trend-ə Azərbaycan Milli Karate Federasiyasından məlumat verilib.
V "Baku Open" beynəlxalq karate turnirinə hazırlıqla bağlı iclas keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 avqust /Trend/

12-13 sentyabr tarixlərində paytaxtımızda V "Baku Open" beynəlxalq karate turnirinə hazırlıqla bağlı iclas keçirilib. Bu barədə Trend-ə Azərbaycan Milli Karate Federasiyasından məlumat verilib.

Yığıncaqda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, məşqçilər komitəsinin sədri Rəhman Hətəmov, hakimlər komitəsinin sədri Cahangir Babayev həmçinin digər məşqçi və katibliyin işçiləri iştirak ediblər. Bildirilib ki, bu turnirə maraq ilbəil artır, yarışın reytinqi getdikcə yüksəlir.

İclasda qarşıdakı məsul yarışın təşkilat komitəsi yaradılıb. Yarışı yüksək səviyyədə keçirmək üçün təşkilat komitəsinin üzvlərinə müvafiq tapşırıqlar verilib. Artıq 10-dək ölkə ənənəvi yarışda iştirak etmək istəyini rəsmi bildirib.

V "Baku Open" beynəlxalq karate turniri AMKF-in 20 illik yubileyinə həsr edilcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti