...

Azərbaycan velosipedçiləri Ukraynadan 3 qızıl, bir bürünc medalla dönüblər

İdman Materials 11 Avqust 2014 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna-2014" Qran-Prisinə yekun vurulub. Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci dərəcəli yarışında Azərbaycan yığma komandasının 2 üzvü - Sergey Omelçenko və Yelena Pavluxina da mübarizə aparıb. Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

4 gün davam edən yarışda idmançılarımızın qazancı 3 qızıl və 1 bürünc medal olub.

İlk gündə qadınlar arasında 10 km məsafəyə skretç yarışında bürünc medal əldə edən Yelena Pavluxina növbəti gün xalla qrup ötüşməsində hamını qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O həmçinin 6 mərhələdən ibarət omnium yarışlarında 5-ci yeri tutub.

Sergey Omelçenko isə 200 metr məsafəyə sprint yarışlarında və keyrin növündə bütün rəqiblərindən yaxşı çıxış edib və komandamıza 2 qızıl medal qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti