Azərbaycan, Bakı, 15 avqust /Trend/
Antonio Kontenin İtaliya millisinə keçidi rəsmiləşib.
Trend-in İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssislə iki illik müqavilə imzalanıb.
Xatırladaq ki, İtaliya millisi komandası "Avro-2016"nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alır.