...

Bakıda keçiriləcək Avropa Kuboku turnirində qrup oyunlarının başlama vaxtı məlum olub

İdman Materials 25 Avqust 2014 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Bakıda keçiriləcək Avropa Kuboku turnirində qrup oyunlarının başlama vaxtı məlum olub.

Trend AFFA-ya istinadən məlumat verir ki, avqustun 28-dən 31-dək "Jumeirah Bilgah Beach" hotelinin çimərlik futbolu meydançasında çimərlik futbolu üzrə Avropa Kuboku - Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turniri keçiriləcək.

Turnirdə Azərbaycan, İsveçrə, Yunanıstan, Rusiya, İspaniya və Macarıstan milli komandaları iştirak edəcək.

Qrup oyunların başlama vaxtı:

1-ci qrup
Azərbaycan
İsveçrə
Yunanıstan

2-ci qrup
Rusiya
İspaniya
Macarıstan

28 avqust
Saat 17:30. İsveçrə - Yunanıstan
Saat 18:45. İspaniya - Macarıstan

29 avqust
Saat 17:30. Rusiya - Macarıstan
Saat 18:45. Azərbaycan - Yunanıstan

30 avqust
Saat 17:30. Rusiya - İspaniya
Saat 18:45. Azərbaycan - İsveçrə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti