...

Rusiya - Azərbaycan oyununu Rövşən İrmatov idarə edəcək

İdman Materials 27 Avqust 2014 15:00 (UTC +04:00)
Rusiya - Azərbaycan oyununun hakimləri məlum olub.
Rusiya - Azərbaycan oyununu Rövşən İrmatov idarə edəcək

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Rusiya - Azərbaycan oyununun hakimləri məlum olub.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Rusiya - Azərbaycan yoldaşlıq oyununu özbəkistanlı FIFA referisi Rövşən İrmatov idarə edəcək.

Onun köməkçiləri həmyerliləri Abduhamidullo Rəsulov və Əlişer Usmanov olacaq.

Qeyd edək ki, oyun sentyabrın 3-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00), Moskva şəhərindəki "Ximki Arena"da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti