Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.
Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, çempionatın dördüncü günündə 53, 58 və 75 kq çəki dərəcəsində qadın güləşçilər yarışır.
53 kq
1/16 final - Anjela Doroqan - İzabella Sambou (SEN)
58 kq
1/16 final - İrina Netreba - Romero Bonilla (MEX)
Qeyd edək ki, qadın güləşçilərin ilk yarış günündə yığmamız 1 gümüş və 1 bürünc medala sahib olub. Yuliya Ratkeviç (60 kq) gümüş, Mariya Stadnik (48 kq) isə bürünc medal qazanıb.